Bakıda Azərbaycan-Belçika biznes forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SİA-ya verilən məlumata görə, aprelin 30-da Belçika Krallığının xarici ticarət üzrə dövlət katibi Pieter De Kremnin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakı şəhərində Azərbaycan-Belçika biznes forumunun keçirilməsi nəzərdə tutulur.
Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 40-a yaxın Belçika şirkətinin iştirakı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB