Neft bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,36 dollar azalaraq 57,38 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,32 dollar azalaraq 64,53 dollar olub.

Qeyd edək ki, ticari əməliyyatların gedişatında Brent markalı neftin qiyməti 65,08 dollaradək artıb. Belliklə, Brent markalı neftin qiyməti 2014-cü ilin dekabr ayından etibarən ilk dəfədir ki, 65 dollar həddini keçmiş olub.

Neftin bahalaşmasına ABŞ-da hasilatın azalması səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə