Bu gün Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyanın və Almaniyanın Türingiya iqtisadi inkişaf agentliyinin təşkilatçılığı ilə Azərbaycan, Almaniya biznes formu keçirilib. SİA-nın məlumatına görə, biznes - forumda Almaniyanın iqtisadi cəhətdən inkişaf etmiş Türingiya bölgəsinin tanınmış şirkətlərinin nümayəndələri, habelə Türingiyanın iqtisadi inkişaf agentliyinin rəhbərliyi və 60 dan çox yerli şirkət təmsilçiləri iştirak edir. Məlumat üçün bildirək ki, Türingiyadan ölkəmizə işgüzar səfər edən 15-ə yaxın Alman şirkətləri arasında dünya şöhrətli "EPC Engineering", "Funkwerk", "Butzbach GmbH", "Lenhard", CEPT GmbH və s. kimi şirkətlər də mövcuddur. Bu şirkətlər Azərbaycanda tərəfdaş tapmaq və əməkdaşlıq etmək niyyətindədirlər.
Tədbiri açıq elan edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse- prezidenti Vüqar Zeynalov Azərbaycan iqtisadiyyatı ilə bağlı ətraflı məlumat verərək, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndiyini, son illər ölkəmizin etibarlı tərəfdaş olduğundan söhbət açıb.
Azərbaycanın investisiya mühiti və biznes imkanları haqqında AZPROMO-nun rəhbərinin müşaviri Natiq Mədətov maraqlı təqdimatla çıxış edib. Almaniyanın Turinqiya bölgəsinin İqtisadi İnkişaf Agentliyinin direktoru Andres Kruyun təqdimatı da işadamları tərəfindən maraqla qarşılanıb. Andres Kruyun çıxışı zamanı iki ölkə sahibkarlıq təşkilatları arasında mövcud iqtisadi əlaqələr barədə məlumat verərək, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan – Almaniya arasında iqtisadi əlaqələrin daha da inkişafı üçün biznes forumların, işgüzar görüşlərin rolunun mühüm olduğunu qeyd edib.
Tədbirdə həmçinin nəqliyyat və loqistika, memarlıq, ekologiya və kimya sənayesi sahəsində həyata keçirilən irimiqyaslı layihələr və alman işadamları üçün maraq doğuracaq sahələr barədə ətraflı məlumat verilib. Biznes forum öz işini Azərbaycan və Almaniya işadamlarının ikitərəfli görüşləri ilə davam etdirib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB