Nicat Hacızadə: “II rübdə daha böyük artımın şahidi olacağıq” PROQNOZ
"2014-cü ilin 1-ci rübü ilə cari ilin ilk rübünün statistik göstəricilərinə nməzər salsaq deyə bilərik ki, 2015-ci ilin I rübündə makro iqtisadi göstəricilərdə artım qeydə alınıb". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, cari ildə əldə olunan artımı Statistika Komitəsinin məlumatında da görmək mükündür: "Müvafiq qurumlar 2015-ci ilin birinci rübüə dair bir sıra makroiqtisadi göstəriciləri açıqladılar. Təqdim edilən hesabatlar qənaət-bəxşdir. İlk növbədə ümumdaxili məhsula (ÜDM) baxsaq görərik ki, 2015-ci ilin birinci rübü üçün artımı 11 525,0 milyon manat təşkil edib. 2014-cü ilin birinci rübü üçün bu rəqəm 10944.9 olmuşdu. Bu il ÜDM -də nisbət faizi ilə 5.3 faiz artım qeydə alınıb. Ölkənin əsas prioriteti hesab olunan qeyri-neft məhsullarında da vəziyyət ürək açandır. Statistika Komitəsinin verdiyi məlumatda qeyd edilir ki, qeyri-neft sektorunun ÜDM-si 7 872,8 təşkil edir ki, bu da 2013-cü ilin birinci rübünə nisbətdə 8.8%, ötən ilin birinci rübünə nisbətdə isə 7% artım deməkdir. Neft sektorunda isə 3,4 faiz artım olub. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib. Nəticə etibarilə deyə bilərik ki, qeyri-neft sektoru ümumudaxili məhsulun 68,3%-ni təşkil edir. Təbii ki, bunların hamısı Prezident İlham Əliyevin apardığı məqsədyönlü iqtisadi islahatların, tövsiyələrin və göstərişlərin nəticəsidir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı ölkənin əsas prioriteti olmalı, bu məsələyə dırnaqarası baxılmamalıdır. Nəzərə alınmalıdır ki, neft tükənən sərvətdir və nə vaxtsa tükənəcək. Biz neftdən gələn gəlirləri gələcəkdə rezervlərdə saxlamalı, maliyyələşmə, büdcənin formalaşması qeyri-neft sektorundan gələn gəlirlərin hesabına olmalıdır. Gürcüstanın büdcə islahatları təcrübəsi buna bariz nümunələrdəndir".
Ekspert onu da qeyd edib ki, Dövlət Statistika Komitəsinin digər sahələr üzrə hesabatında da artımlar müşahidə olunub "Hesabatda o cümlədən kənd təsərrüfatında artımlar qeydə alınıb. Təbii ki, artım göstəriciləri çoxdur, amma spesifik olaraq baxsaq, keçən ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz artaraq, 629.3 mln olub. Qarşıdan artıq kənd təsərrüfatı məhsullarının yığımı və satışını proqnozlaşdırsaq ilin sonuna kimi ümumilikdə 15%-ə qədər artım gözləməyə dəyər. O cümlədən 2015-ci ilin birinci rübündə ölkə əhalisinin gəlirləri 5,3 faiz artaraq 9,5 milyard manata çatıb. Gəlirlərin 75,7 faizi son istehlaka, 9,6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib. Təbii ki, əslində məhsul fevral ayı ilə müqayisədə 0.9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,5 faiz artıb. Əmək haqqlarına da baxsaq orada da artım görə bilərik. Ölkəmizdə orda əmək haqqı 444,5 AZN təşkil edir. Bu əmək haqqını əsasən paytaxt əhalisi alır. Amma biz rayonlara, bölgələrə diqqət yetirməliyik. Bununla bağlı da tədbirlər görülməlidir.Ümumilikdə bütün göstəricilərə baxsaq, I rüb üzrə ölkə iqtisadiyyatında inkişaf göz qabağındadır və ümid edirik ki, 2015-ci ilin 2-ci rübündə daha böyük artım faizlərinin şahidi olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB