Lənkəran şəhərinin Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolu yenidən qurulacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün "Lənkəran şəhərinin Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, on üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisi məqsədi ilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB