Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində "Azərbaycanda Daşınmaz Əmlakın Kütləvi Qiymətləndirilməsi Layihəsi"nin təqdimat mərasimi keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin və Sumqayıt rayon icra Hakimiyyətinin nümayəndələri iştirak edir.
Tədbirin məqsədi bu layihənin mahiyyəti, sosial-iqtisadi, hüquqi faydaları, investisiya, biznes mühiti və daşınmaz əmlakla bağlı hüquqi əməliyyatlara müsbət təsiri barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Hazırda layihə üzrə müzakirələr aparılır.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB