Qanun birinci oxunuşda qəbul olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, qanun layihəsi millət vəkillərinin müzakirəsindən sonra birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, qanun layihəsi kənd təsərrüfatı informasiya-məsləhət xidməti ilə məhsul istehsalçıları, dövlət və yerli özünüidarə orqanları, digər fiziki və hüquqi şəxslər arasında münasibətləri tənzimləyir. Qanun layihəsində yerli və beynəlxalq investorların da kənd təsərrüfatı sahəsinə sərmayə qoyuluşunu tənzimləyən maddələr mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə