Neftimiz yenə ucuzlaşdı

Martın 31-də London əmtəə birjasında keçirilmiş hərraclarda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barreli 56,96 dollara satılıb. SİA-nın məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi məlumat yayıb. Məlumata görə, bu, martın 30-da qeydə alınmış qiymətdən 0,31 dollar azdır.

Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə