"Türkiyədə Elektron ticarətin inkişafıyla bağlı son prosesler təhlil edilib və bu təhlillər göstərir ki, hələ də elektron ticarətin iqtisadiyyata təsir səviyyəsi təəssüf ki, çox aşağıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, plastik kartlardan istifadədə Türkiyə modelindən istifadə olunmalıdır. Yəni elektron ticarət edən şəxsin hesabında bonus toplanmalıdır. Bu ticarət modeli vergidən yayınmanın da qarşısını almış olacaq: "Elektron ticarətdən istifadə səviyyəsinin çox aşağı olması da vətəndaşların elektron ticarətlə bağlı məlumatlarının az olması, plastik kartdan istifadə edən vətəndaşların sayının çox olmaması, baxmayaraq ki, plastik kartların sayı xeyli çoxdur, buna rəğmən plastik kartlardan istifadə edənlərdən çox elektron xidmətlərdən yararlananlar realdır. O baxımdan da hökümətə elektron xidmətin genişləndirilməsi ilə bağlı təklif paketi hazırlamışıq və təqdim etmişik. Əvvəla biz həm təşviqedici həm də inzibati metodların istifadə edilməsinin tərəfdarıyıq və biz təklif edirik ki, qonşu Türkiyədə uzun müddət 80- ci illərdən termin olduğu kimi, Azərbaycanda da bu termin həyata keçirilsin. Burda bu sistemin tətbiqi mahiyyəti ondan ibarətdir ki, vətəndaş plastik kartla ödədiyi vəsaitin bir qismini bonus şəklində geri alır. Məsələn əgər rüb ərzində min manatlıq plastik kartla alış-veriş edibsə, həmin min manatın 5%-i yəni 50 manatı sadə vətəndaşın hesabına o şəkildə qayıdır. Plastik kart sahibinə də stimul yaradır ki, kartdan istifadə etsin. Çünkü istifadə etdiyi vəsaitin bir qismini bonus şəkilində geri alır. Eyni zamanda Elektron Ticarətin, hesablaşmaların dövlət üçün sərfəliliyi ondan ibarətdir ki, vergidən yayınmanın qarşısını alır və praktiki olaraq nəzarəti gücləndirir".
Vüqar Bayramov onu da qeyd etdi ki, Azərbaycanda nağd ödənişlərin limiti 500 manat həcmində formalaşdırılmalıdır. Əlavə dəyər vergisinin azaldılması ilə bağlı da təklif hazırlanıb: "Nəzərə alsaq ki, bununla da dövlət büdcəsi vergidən yayınmanın qarşısını xeyli almış olur və vəsaitin dövlət büdcəsinə ödəndiyi üçün dövlət də qazanır. Bu sistem həm praktik, həm də dövlətin birmənalı şəkildə gəlir əldə etməsinə imkan yaradır. Eləcə də biz etibarlı metodlardan istifadə edirik və bunun üçün Fransa modelinin tətbiqini tərtib edirik. Fransada hansısa hesablaşmaların həcmi ilə bağlı limit var. Məsələn, əgər alış-veriş min avrodan artıqdırsa, o artıq nəğd şəkildə ödənilə bilməz və biz təklif edirik ki, Azərbaycanda nəğd üçün hesablama məbləği 500 manat müəyyənləşdirilsin. Çünkü bu məbləğ vətəndaşa imkan verəcək ki, plastik karta sahib olsun. Eyni zamanda imkan verəcək ki, xidmət sektorlarında bu terminallar olsun. Biz də Fransada olduğu kimi nəğd hesablamalarla limitlərin müəyyənləşdirilməsinin tərəfdarıyıq. Eləcədə internet üzərindən yerli şirkətlər işə stimullaşdırılması üçün İnkişaf etmiş Avropa ölkələrində olduğu kimi internet üzərindən xidmət təklif edən vergi, güzəştlər tərtib edirik və əlavə dəyər vergisi 18 % deyil, 10% dir. İnkişaf etmiş ölkələrdə, məsələn Kanadada satış vergisi ilə internet üzərindən xidmət göstərənlər ümumiyyətlə azdır. Digər Avropa ölkələrində olduğu kimi azaldılmış əlavə dəyər vergisinin tətbiqinin tərəfdarıyıq. Bu da birmənalı şəkildə imkan verəcək ki elektron ticarətə yol açılsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB