Ekspert: “Tətbiq olunan güzəşt inkişaf üçün vacibdir” AÇIQLAMA
"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC üçün Azərbaycana idxal olunan mal və avadanlıqlar 2019-cu il yanvarın 1-dək ƏDV-dən azad edilib. Təbii ki, bu tip addımlar təqdirə layiqdir və bu addımların gələcəkdə dövlətimizə biznes və sahibkarlıq yönündə bir çox nailliyyətlər qazandıracaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib.
O qeyd edib ki, polad istehsalı qeyri-neft sektorunun önəmli bir hissəsi hesab olunur. Ümumilli lider Heydər Əliyevin atdığı addımlara polad istehsalı sahəsində xüsusi inkişaf əldə edildi, bu baxımdan polad istehsalı üçün gətirilən avadanlıqların vergidən azad edilməsi bu sahədə inkişafı artıracaq: "Əvvəla qeyd edim ki, Polad istehsalı Metalurgiyanın bir növü olmaqla qeyri neft sektorunun müəyyən və əhəmiyyətli hissəsini əhatə edir. Sırf bu sahəyə tətbiq olunan güzəşt metalurgiyanın və ilk növbədə qeyri neft sektorunun inkişafı üçün vacib qərardır. Bildiyiniz kimi hələ Sovet dönümlərində Ümumilli lider Heydər Əliyevin göstərişi ilə Azərbaycanda metalurgiya sənayesinin inkişafı bünövrəsi qoyuldu. Amma 90-cı illərdə və 2000 - 2008-ci illərdə bu sahədə durğunluq hökm sürürdü. Təbii ki, bu qərar inkişafda mühüm rol oynayacaq".
Ekspert həmçinin vurğuladı ki, TANAP layihəsində istifadə ediləcək boruların istehsalı baxımından da atılan addım xüsusi önəm kəsb edir. Borunun tikintisində yerli məhsullardan istifadə edilə biləcək: "Digər bir məsələni də qeyd edim ki, TANAP layihəsinin hazırlıq işləri yaxın zamanda başlayacaq və istifadə olunacaq borular da poladdan hazırlandığı üçün bu hissəyə də xüsusi diqqət yetirmək lazımdır. Bu qərar həmçinin qarşıda həyata keçiriləcək layihələrdə həm xarici ölkələrə və həmçinin özümüzü ucuz qiymətə qaz boruları ilə təmin etməkdə istifadə olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB