"Ermənistan Risiya və Türkiyə münasibətlərinin inkişafından yalnız uda bilər". SİA xəbər verir ki, bu barədə "novosti armeniya" saytı yazır. Bu fikirləri işğalçı ölkənin prezidenti Serj Sarkisyan beynəlxalq mediaforumdakı çıxışında deyib.
Ermənistandakı ağır sosial-iqtisadi durumun olduğunu etiraf edən Sarkisyan deyib ki, onlar Rusiya ilə Türkiyənin yaxınlaşmasına qısqanclıqla yanaşmırlar: "Düşünürük ki, iki ölkənin iqtisadi münasibətlərində fəallıq olarsa, biz bundan yalnız uda bilərik".
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında dəmir yolu xəttinin istifadəsi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməsindən, ərazilərinin işğal edilməsindən sonra dayandırlıb. Bu baxımdan, Ermənistan tərəfi ümid edir ki, əgər Rusiya ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq inkişaf edərsə, bu zaman Ermənistanın Rusiyaya verilmiş dəmir yol xətti yenidən istifadə oluna bilər. Sarkisyan ümid edir ki, Rusiyanın Ermənistanın enerji sektoru ilə maraqlanması Türkiyənin bu ölkə ilə həmsərhəd rayonlarındakı enerji tələbatının ödənilməsi ilə nəticələnə bilər.
Xatırladaq ki, Türkiyə Rusiya ilə iqtisadi əməkdaşlıq ətrafındakı fəallığını artırsa da Ermənistanla olna dəmir yolu xəttinin açılmasının həmin danışıqlara heç bir aidiyyatının olmadığıını bəyan edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB