Mənsur Bərxudarov: “Türkiyə - Azərbaycan qardaşlığı güclənəcək” AÇIQLAMA
"Azərbaycansız Avropanın enerji təhlükəsizliyi alternativ anlamda heç cür həyata keçirilə bilməz". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Mənsur Bərxudarov deyib. Onun sözlərinə görə, Avropa enerji təhlükəsizliyi məsələsində yeni layihə həyata keçirir. Burada Azərbaycan önəmli rola malikdir: "Avropanın Rusiyadan enerji asılılığını azaltması layihəsi var, buna "Horizon 2020" deyilir. Bu iş üçün Avropa 80 milyard dollar vəsait ayırıb. Rusiyadan enerji asılılığının azaldılması istiqamətində Avropa üçün ən önəmli layihə məhz Cənub Qaz Dəhlizi çıxışıdır, burada da ən önəmli rol oynayan, geo – iqtisadi mövqeyi ən möhkəm olan Azərbaycandır. Bu layihə Azərbaycansız həyata keçirilə bilməz".
Ekspert Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanla birlikdə Türkiyə və Gürcüstanın əhəmiyyətindən də danışdı. O vurğuladı ki, TANAP və TAP layihələri ilə Türkmənistan, İran və İraq qazı Avropaya nəql oluna biləcək: "Azərbaycanla Avropa arasında əsas mövqe tutan ikinci ölkə əlbəttə ki, Türkiyədir. Düzdür ortada Gürcüstan da var amma Gürcüstan Türkiyə kimi böyük əhəmiyyət kəsb etmir. Avropa üçün sadəcə olaraq tranzit ölkəsidir. Ona görə də istər Mərkəzi Asiyada olan qazın, gələcəkdə İran və İraq qazının Türkmənistan və Xəzər dənizi vasitəsilə Azərbaycana ötürülməsi və TANAP, TAP layihələri ilə Avropaya nəql olunması Türkiyə - Azərbaycan dostluğunu və qardaşlığını əlbəttə ki, gücləndirəcək. Burada həm iqtisadi maraqlar dayanıb, digər tərəfdən milli maraqlar, etnik və mədəni maraqlar durur. Bütün bunlar birləşərək Azərbaycan – Türkiyə qardaşlığını get-gedə daha da gücləndirəcək və müəyyən mənada Rusiyadan enerji asılılığını azaldan Avropa, Azərbaycan və Türkiyənin birliyi sayəsində gələcəkdə bir çox ölkənin enerji asılılığının öhdəsindən müəyyən qədər gələcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB