Neft bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,59 dollar artaraq 48,88 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,47 dollar qalxaraq 56,86 dollar olub.

Qeyd edək ki, ötən gün baş tutan hərracda Brent markalı neftin qiyməti 58 dollar ətrafında dövr edib.

Bütün xəbərlər Facebook səhifəmizdə