Rusiyada "Moskva Halal Expo-2015" beynəlxalq sərgisi keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SİA-ya verilən məlumata görə, mayın 21-23-də Rusiyanın Moskva şəhərində "Krokus-Ekspo" beynəlxalq sərgi mərkəzində 6-cı "Moskva Halal Expo 2015" adlı beynəlxalq sərgisi baş tutacaq.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Sərgi ilə maraqlanan azərbaycanlı sahibkarlar və iş adamları Azpromo-ya müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB