Vahid Əhmədov: “Hökumət bu məsələni həll etməlidir”

Vahid Əhmədov: “Hökumət bu məsələni həll etməlidir”

"Təəssüf ki, bəzi adamlar burada iqtisadi prosesləri bilmədən ağızlarına gələni danışırlar". SİA-nın məlumatına görə, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.

Millət vəkili deyib ki, Azərbaycanda manatın devalvasiyası çoxdan lazım və labüd idi: "Amma bu devalvasityanın aparılması yolları var idi. Bütün MDB məkanında milli valyutaların hamısı dəyərdən düşürdü. Yalnız Azərbaycan öz milli valyutasını uzun müddət qoruyub saxlaya bildi. Amma, milli valyutanın devalvasiyayay uğramasının yumşaq şəkildə həyata keçirilməsi çox vacibdir. Devalvasiyanı da etməyin yolları var. Birdən-birə manatın bu qədər ucuzlaşması normal deyil. Mən tez-tez Mərkəzi Bankla əlaqə saxlayrdım və mənə deyirdilər ki, 1 dolların məzənnəsi 85-90 qəpik arasında olacaq. Mərkəzi Bank öz sözünün üstündə durmadı".

Vahid Əhmədov bildirib ki, Mərkəzi Bankın 21 fevralda manatla bağlı verdiyi qərar əhaliyə mənfi təsir edir: "Artıq bölgələrdə və payatxtda bahalaşma başlayıb. "Un, şəkər və digər məhsulların qiymətində artım müşahidə edilir".

Vahid Əhmədov süni bahalaşmaya da da diqqət çəkib: "Vergilər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə reydlər keçirməli və süni qiymət artımının qarşısını almalıdır.

Deputat onu da bildirib ki, digər bir problem də banklardan dollarla kredit götürənlərlə bağlıdır. "Bir çox iş adamı dollarla götürdükləri kreditləri ödəməkdə çətinlik çəkəcək. Hökumət bu məsələni həll etməlidir. Anti-böhran mexanizmləri hazırlanıb tətbiq edilməlidir. Manatın ucuzlaşması ilə bağlı verilən qərar birbaşa Mərkəzi Bankın səhvidir".

Bütün xəbərlər Facebook səhifəmizdə