195 Çağrı Mərkəzinin təqdimatı keçirilib

195 Çağrı Mərkəzinin təqdimatı keçirilib

Bu gün Vergilər, Maliyyə, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərini, Dövlət Gömrük Komitəsini və Dövlət Sosial Müdafiə Fondunu əhatə edən 195 Çağrı Mərkəzinin fəaliyyətə başlaması ile əlaqədar təqdimat mərasimi keçirilib. Tədbiri Vergilər Nazirliyinin Vergi ödəyicilərinə Xidmət baş idarəsinin rəisi Elçin Məmmədov açaraq "Vergi qanunvericiliyi və inzibatçılığının təkminləşdirilməsi üzrə 2009-2012-ci illər üçün strateji plan"da sahibkarların, vətəndaşların vaxt itkisinə yol vermədən bir mənbədən məlumat almaq məqsədi ilə vahid "Çağrı Mərkəzi"nin təşkili üçün zəruri tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. E.Məmmədov hemçinin qeyd edib ki, cənab Prezident İlham Əliyevin 11 avqust 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Elektron Azərbaycan" Dövlət Proqramında sahibkarlıq fəaliyyəti sahəsində digər tədbirlərlə yanaşı universal çağrı mərkəzinin yaradılması da nəzərdə tutulmuşdur ki, layihənin icrasına 2010-cu ildən başlanmış və bir sıra Nazirliklərə 195 çağrı mərkəzinin bazasında metodiki köməklik göstərilməsi tapşırılıb.

Daha sonra Vergi Ödəyicilərinə Xidmət baş idarəsinin rəis müavini Məhəmməd Yunusov dövlət orqanlarında çağrı mərkəzinin təşkili mövzusunda geniş çıxış edib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə