Nazir: “Danışıq 2 qəpiyə endirilə bilər” AÇIQLAMA

"Mobil operatorlar arasında danışıq qiymətinin 5 qəpikdən 2 qəpiyə endirilməsi ilə bağlı qərar artıq çoxdan var". SİA-nın məlumatına görə, bu sözləri bu gün Caspian European Club çərçivəsində keçirilən biznes – forumundan öncə jurnalistlərə açıqlama verən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, mobil operatorlar arasında danışıq qiymətləri ilə bağlı qanunun qüvvəyə minməsi üçün bir neçə məsələ ortaya qoyulub. "Azərfon"un yeni bir operator kimi bu sahəyə daxil olunması gündəmdədir: "Amma bu qanunun qüvvəyə minməsində müəyyən məsələlər var. Burada əsas odur ki, bizim sektora "Azərfon"un yeni bir operator kimi daxil olması ilə əlaqədar, operatorlar arasında olan əlaqələrdə asimmetrik metod tətbiq olunub. Hazırda biz araşdırırıq ki, asimmetrik metodu hansı yüngülləşdirməyə gətirə bilərik. Gələcəkdə isə bunu vahid bir tarifə çevirməyin yollarını araşdırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə