Vüqar Bayramov: “Mərkəzi Bank vətəndaşlara izahat verməlidir” AÇIQLAMA

Vüqar Bayramov: “Mərkəzi Bank vətəndaşlara izahat verməlidir” AÇIQLAMA

"Bü gün əksər valyuta dəyişmə məntəqələrinin qarşısında uzun növbələr müşahidə edilir". SİA-nın məlumatına bunu açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, valyuta səbətinin dəyişdirilməsi əhali arasında əsası olmayan ajiotaja səbəb olub. Mərkəzi Bank əhaliyə yaranan panikanı aradan qaldırmaq üçün izahat verməlidir: "Mərkəzi Bankın valyuta səbətinin dəyişdirilməsi ilə bağlı qərarı əhali arasında əsası olmayan ciddi ajiotaj yaradıb. Əslində, Mərkəzi Bank əhali arasında yaranan panikanı aradan qaldırmaq üçün vətəndaşlara izahat verməlidir. Dünyanın heç bir ölkəsində Mərkəzi Banklar öncədən develvasiya olacağı ilə bağlı açıqlama vermir. Azərbaycanın baş bankında ölkədə develvasiya əhval-ruhiyyəsi yaradaraq insanlar öz manatlarını dollara dəyişməsinə əsas yaratdılar. Mərkəzi Bankın intervensiya xərclərinin yüksək olması arzuolunan deyil".

Ekspert həmçinin qeyd edib ki, manatı bu gün dollara çevirən vətəndaşlar biraz sonra yenidən manata çevirəcəklər. Mərkəzi Bank dollara tələbi azaltmalıdır: "Amma manatını dollara çevirən vətəndaşlar onsuz bir müddətdən sonra pul xərcləmək üçün yenidən dollarlarını milli valyutaya çevirəcəklər. Pul dövriyyəsində bəlli həcmdə manat kütləsi var və kənardan ölkəyə milli valyuta ixrac edilmir. Bu isə o deməkdir ki, onsuzda müəyyən müddətdən sonra intervensiya xərclərində azalma müşahidə ediləcəkdi. Mərkəzi Bank müxtəlif üsullar, o cümlədən əmanətlərin indeksasiyası yolu ilə dollara olan tələbi azaltmalı idi".

Bütün xəbərlər Facebook səhifəmizdə