İsmayıl Hüseynov: “Manatın avro ilə fərqi bir az da azalmalıdır” AÇIQLAMA
"1,5 milyon manat yalnız fərqlərə görə pul ödənilir. Bu da Mərkəzi Bankın siyasətidir ki, manatla xarici pullar arasındaki fərq azalsın". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert İsmayıl Hüseynov deyib.
Onun sözlərinə görə, Rusiyada iqtisadi vəziyyət getdikcə daha çətinləşdiyindən, Azərbaycan Avropa dövlətləri ilə daha çox alış-veriş əməliyyatları aparır. Avronun dəyərdən düşməsi isə manatın tənzimlənmə məsələsini ortaya çıxarıb: "Əməliyyatların çoxu Avropa dövlətləri ilə olduğu üçün, avroya daha çox üstünlük verilir. Ona görə də xarici ölkələrlə əməliyyatların çoxu avro ilə aparılır. Son zamanlar avronun xeyli dərəcədə aşağı düşməsi ilə əlaqədar olaraq, ölkəyə gətirilən malın dəyərini yüksəltməmək üçün manat tənzimlənir. Hazırda Rusiyada rublun məzənnəsi düşsə də, biz manatın mzənnəsini saxlamağa çalışırıq. Azərbaycana malların çoxu Rusiyadan və Avropadan gətirilirdi. Lakin Rusiyada da vəziyyət pisləşdiyinə görə, indi ən çox Avropa ölkələrindən mallar gətirilir. Belə olduğu halda Avro ilə məzənnəni tənzimləmək üçün manatın fərqini bir az azaltmaq lazım gəlir".
Ekspert həmçinin qeyd edib ki, manatın dəyər itirməsi uzun müddət davam etməyəcək. Hazırda ölkədə neftdən gələn gəliri konpensasiya işləri aparılır: "Düşünürəm ki, bu proses uzun müddət davam etməyəcək. Bu problemlər neftin qiymətinin enməsi ilə bağlıdır. Ona görə də, büdcənin vəsaitini tənzimləmək üçün banklardakı depozitə 10% , evin alqı-satqısında ortada qalan fərqə görə isə, 14% vergi tutulması tətbiq edilir. Bütün bunlar büdcə itkisini bağlamaq, aradakı fərqi düzəltmək üçün atılan addımlardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB