Azərbaycan Dövlət Statistika Komitəsi cari ilin yanvar ayı üzrə ölkənin elektron ticarət göstəricilərini açıqlayıb. SİA-nın məlumatına görə, cari ilin ilk ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar ayına nisbətən 1,5 dəfə artaraq 864,9 min manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 92,8 faizini hüquqi şəxslərin, 7,2 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 96 faizini qeyri-ərzaq malları təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB