Murtuzəli Hacıyev: “İstifadəsiz torpaqların miqdarı dəqiqləşdirilir”
"2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq müvafiq tədbirlər görülür və bu yöndə mühüm addımlar atılacaqdır". Bu sözləri SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.
Onun sözlərinə görə, nazirlikdə bu sərəncamla əlaqədar olaraq geniş kollegiya iclası keçirilib: "Sərəncama uyğun olaraq nazirliyin müvafiq struktur və bölmələrinə tapşırıqlar verilib. Sərəncama uyğun olaraq qısa zaman ərzində tədbirlər planı yekunlaşacaqdır. Bundan başqa ölkə Prezidenti İlham Əliyev istifadə edilməyən torpaqlarla bağlı tədbirlər görülməsinin vacibliyini bildirdikdən sonra, məsələ ilə bağlı dünəndən etibarən nazirlikdə ciddi addımlar atılır, istifadəsiz torpaqların miqdarı ilə bağlı olaraq dəqiqləşdirmələr aparılır və müvafiq işlər görülür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB