2014-cü ildə Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə ölkə bazarlarında satılmış əmtəə və xidmətlərin həcmi 30,0 mlrd. manat olmaqla 2013-cü illə müqayisədə 9,5% artıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, istehlak bazarı üzrə ümumi artımın 76,1%-i ticarət, 23,9%-i xidmət fəaliyyətinin hesabına yaranıb.2014-cü ildə özəl bölmənin ticarət və xidmət fəaliyyəti daha da genişlənmiş və istehlakçıların alıcılıq tələbatının ödənilməsində önəmli yer tutub. Özəl təsərrüfat subyektlərində satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcmi əvvəlki ilin səviyyəsini 10,0% üstələyib. Hesabat ilində hər bir istehlakçı orta hesabla ayda 265,3 manatlıq və ya əvvəlki illə müqayisədə 23,4 manat çox əmtəə almış və pullu xidmətlərdən istifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB