"Avropa Yenidənqurma və İnkişaf Bankı Ermənistanda iqtisadi inkişaf artımını proqnoz edib. 2015-ci ildə Ermənistanın iqtisadi inkişaf artımı 0% olacaq". SİA xəbər verir ki, bu barədə Ermənistanın "aykakan jamanak" qəzeti yazır.
Adıçəkilən qəzetdə qeyd olunub ki, digər nüfuzlu maliyyə strukturları arasında Avropa Yenidənqurma və İnkişaf Bankının Ermənistanın cari ildə iqtisadi artımı ilə bağlı verdiyi proqnoz ən bədbinidir.
Xatırladaq ki, Avropanın digər maliyyə strukturları da bu ölkənin iqtisadi inkişafı ilə bağlı verdikləri proqnozlarında bədbin rəqəmlər göstəriblər. Bu rəqəmlər 1-3%-i keçməyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB