Bu gün Davosda Ümumdünya İqtisadi Forumu başlayır

Bu gün Davosda Ümumdünya İqtisadi Forumu başlayır

Bu gün İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumu başlayır. SİA-nın xəbərinə görə, Forum yanvarın 24-nə kimi davam edəcək. Tədbirə dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri, iş adamları, media nümayəndələri qatılacaq. Forumun builki 45-ci iclasının mövzusu "Yeni qlobal kontekst"dir.

Bundan əlavə, terror, ərəb dünyasında vətəndaş müharibələri və qeyr-stabillik forumun əsas mövzularındandır. Forumda Ukraynada vəziyyət, iqlim dəyişikliyi, "Ebola" virusu, diabet xəstəliyi, monetar siyasət, avrozona, energetika və digər məsələlər də müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə