Neftin qiyməti 31 dollara enə bilər

"Bank of America Merrill Lynch" ekspertləri hesab edir ki, neftin ucuzlaşması hələ başa çatmayıb və 2015-ci ilin martının sonunda "Brent" markalı neft 31 dollara satılacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, "Merrill Lynch" analitikləri neftin ucuhlaşmasının əsas səbəbi kimi, istehlakçı ölkələrdə neft ehtiyatlarının həcminin böyük olduğunu göstərirlər. Onların hesablamalarına görə, 2015-ci ilin ikinci rübündə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələrdə (dünyanın 34 inkişaf etmiş ölkəsini birləşdirir) neft ehtiyatlarının həcmi 2,83 mlrd. barrelə çatacaq ki, bu da indikindən 180 milyon barel artıqdır. Amma ABŞ-da neft ehtiyatları digər ölkələrə nisbətən daha az olduğuna görə Şimali Amerikanın WTI markalı nefti qiymətinə görə Brentdən yüksək olacaq və onun qiyməti 32 dolara enəcək. Ekspertlər 2-ci rübdən sonra qiymətlərin yüksələrək 43 dollara çatacağını bildirirlər. Ümumiyyətlə, Merrill Lynch ekspertlərinin fikrincə, 2015-ci ildə Brent markalı neftin bir barreli 52 dollar, WTI neftinin qiyməti isə 50 dollar olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə