Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) xarici ölkələrdəki nümayəndəliklərinin sayını artıb. ASK-dan SİA-ya verilən məlumata görə, Konfederasiyanın İspaniyadakı rəsmi nümayəndəsi qismində "Consulting Communication İnformation Espana" şirkətinin prezidenti Sergey Kirilenko təyin edilib. O, İspaniyada tanınmış iş adamı və eyni zamanda, Kataloniya merinin beynəlxalq iqtisadi məsələlər üzrə müşaviridir.
Bundan əlavə, ASK-nın Bolqarıstandakı rəsmi nümayəndəsi olaraq Bolqarıstan Memarlar Birliyinin sədri və eyni zamanda, "GB Engineering" şirkətinin prezidenti Georgi Bakalov təyin edilib. G.Bakalovun rəhbərlik etdiyi qurum eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurasının assosiativ üzvüdür.
ASK-nın Moldovadakı rəsmi nümayəndəsi kimi isə Moldova Ticarət-Sənaye Palatasının Yedinets filialının direktoru İnna Stançu təyin olunub. Qeyd edək ki, Yedinets bölgəsi hazırda Moldovanın ən inkişaf etmiş iqtisadi rayonlarından biridir. İ.Stançu isə ölkənin biznes mühitində tanınmış, nüfuzlu iş adamları kimi təmsil olunur.
Qeyd edək ki, ASK-nın artıq 8 xarici ölkədə nümayəndəliyi fəaliyyət göstərir. Yaxın perspektivdə ABŞ, Böyük Britaniya və İranda da analoji nümayəndəliklərin açılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB