Azərbaycan belə bir addım atmayacaq AÇIQLAMA

Azərbaycan belə bir addım atmayacaq AÇIQLAMA

"Rus rublu kəskin dəyərdən düşüb və ola bilsin ki, bu vəziyyət müəyyən müddət belə davam etsin. Rusiya ilə Belarusiya arasında geniş ticarət dövriyyəsi var. Ona görə də Belarusiya prezidenti belə qərar verib ki, Rusiya ilə olan iqtisadi əlaqələr dollarla, funtsterlinqlə və ya rubuldan başqa digər valyutalarla aparılsın. Azərbaycanın isə eyni addımı atması gözlənilmir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, rublun dəyərdən düşməsi Azərbaycan üçün heç bir təsirə malik deyil: "Azərbaycanla Rusiya sarasında elə bir ciddi dövriyyə yoxdur. Təxminən 2 milyarda yaxın ticarət əlaqələrimiz var. Azərbaycan faktiki olaraq bütün məsələləri manatla, dollarla həyata keçirir, rubl işlənmir. Azərbaycanda hələlik elə bir ciddi addım atmağa ehtiyac yoxdur".

Millət vəkili qeyd edib ki, əslində bu mövzu iqtisadi məsələdən çox siyasi məsələdir: "Bizim Dağlıq Qarabağ kimi çox ciddi bir problemimiz var. Bu problemin də həlli Rusiyadan çox asılıdır. Ona görə də Azərbaycanın belə bir addım atmasına ehtiyac olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə