Alper Coşqun: “TANAP layihəsi bizim də böyük arzumuzdur” Açıqlama

Alper Coşqun: “TANAP layihəsi bizim də böyük arzumuzdur” Açıqlama

"TANAP layihəsi addım-addım irəliləyir. Biz Türkiyə tərəfi olaraq layihədəki boru xətti işini həll edirik. Ölkəmizdən keçəcək boru xəttinin daxili işlərini həll etməyə çalışırıq". Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun jurnalistlərə verdiyi açıqlamasında deyib. O, layihənin həyata keçiriləcəyinə əminliyini ifadə edib: "Boru xəttinin uzadılması üçün addımlar atılır. Bir vaxtlar Bakı - Tiflis - Ceyhan boru xətti xəyal idi. Hazırda isə onun reallaşdığını görürük. TANAP layihəsi üçün də böyük işlər görülür və bu layihənin həyata keçirilməsi bizim böyük arzumuzdur".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Valdimir Putinlə görüşü zamanı səsləndirdiyi fikrə də münasibət bildirən səfir TANAP layihəsinin Türkiyə üçün qüvvədə olduğunu ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə