2015-ci il yanvarın 16-dan 25-dək Berlin şəhərində ərzaq sənayesi, kənd təsərrüfatı və bağçılıq üzrə "Beynəlxalq Yaşıl Həftə 2015" sərgisi keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) SİA-ya verilən xəbərə görə, sərgidə təşkil ediləcək ölkəmizin pavilyonunda iştirak etməkdə maraqlı olan sahibkarlar və işgüzar dairələr İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər.
1926-cı ildən başlayaraq hər il keçirilən "Beynəlxalq Yaşıl Həftə" sərgisində dünyanın 60-a yaxın ölkəsindən 1600-dən çox şirkət iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB