ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin noyabr ayında 60 min 477 ton dizel yanacağı, 17 min 255 ton təyyarə yanacağı və 119 ton soba mazutu ixrac edib. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, ümumilikdə, 2014-cü ilin yanvar-noyabr ayları ərzində 9 min 332 ton avtomobil benzini, 886 min 520 ton dizel yanacağı, 176 min 110 ton təyyarə yanacağı və 537 ton soba mazutu ixrac edilib. 2014-cü ilin noyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 732,33 dollar, təyyarə yanacağının - 750,48 dollar, dizel yanacağının - 694,86 dollar, 1% kükürdlü mazutun qiyməti 424,50 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB