Noyabrın 25-26-da Böyük Britaniyanın aparıcı ticarət assosiasiyası olan Enerji Sənayeləri Şurasının (The Energy Industries Council) və Birləşmiş Krallığın Ticarət və Sənaye agentliyinin (UK T&I) birgə təşəbbüssü ilə Mançesterdə "EIC Connect: Oil and Gas-2014" sərgi-konfransı keçirilib. SİA-nın ARDNŞ-ın saytına istinadən verdiyi xəbərə görə, açılış mərasimində Birləşmiş Krallığın ticarət və sərmayələr üzrə dövlət naziri Lord Livingston çıxış edib. 200-dən artıq şirkətin qatıldığı tədbirdə ARDNŞ fəal iştirak edib.
ARDNŞ-nin nümayəndə heyəti Azərbaycanda həyata keçirilən iri neft və qaz layihələrində yerli biznesin iştirakı, birgə fəaliyyətlər və yeni sənaye məhsullarının istehsalı perspektivləri mövzularında müzakirələr aparb, əldə olunan uğurlar barədə məlumat veriblər. ARDNŞ-nin Baş Ofisinin əməkdaşı Təbriz Əmmayev konfransda çıxış edib, ARDNŞ-nin Böyük Britaniya nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev şirkətin yeni Neft-qaz və neft kimya Kompleksi, Star Neft Emalı zavodu və "Cənub Qaz Dəhlizi" layihələri barəsində geniş təqdimat keçirmişdir. Auditoriyanı maraqlandıran suallar cavablandırılıb. ARDNŞ-nin təmsilçiləri "Azərbaycanın neft və qaz sektorunda yerli biznes resurslarından istifadənin və eyni zamanda yerli biznes subyektlərinin iştirakının artırılması" mövzusunda biznes-seminar təşkil edib, iştirakçılara cari nəticələr və gələcək perspektivlər barəsində məlumat veriblər. Tədbirin sonunda Enerji Sənayeləri Şurasının Neft və Qaz bölməsinin rəhbəri Neil Golding ARDNŞ-nin iştirakının yüksək qiymətləndirildiyini və əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını ifadə edib. Gələn il Böyük Britaniya şirkətlərinin nümayəndələrindən ibarət qrupun Azərbaycana səfərinin planlaşdırıldığı bildirilib və həmin ərəfədə Bakıda biznes seminarın keçirilməsi barədə təklif irəli sürülüb.

.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB