İslam ölkələri İstanbulda bir araya gəldilər FOTO

İslam ölkələri İstanbulda bir araya gəldilər FOTO

Cari ilin noyabr ayının 26-da İstanbul şəhərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və ASK-nın Baş katibinin muavini Fuad Hümbətov İslam Ticaret, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ITSKTP) İdarə Heyətinin üzvlərinin toplantısında iştirak ediblər. ASK-dan SİA-ya verilən xəbərə görə, toplantıda Türkiyə, İran, Pakistan, Səudiyyə Ərəbistanı, Qatar, Qazaxıstan, BEE, ümumən 21 dövlətin palatalarının və biznes dairələrinin nümayəndələrinin iştirakı tədbirin qlobal əhəmiyyət kəsb etdiyini əyani olaraq sübut edirdi.

ITSKTP-nin prezidenti Şeyx Saleh Kamil, TOBB prezidenti və ITSKTP-nin vitse prezidenti Rifat Hisarcıklıoğlu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Ramil Həsanov, digər rəsmi şəxslərin çıxışı maraqla qarşılanıb, İslam dövlətlərini bir araya gətirən bu önəmli qurumun ölkələrarası biznes əlaqələrinin inkişafında önəmli vəzifələrin mövcudluğunu, bu yolda qarşıya çıxan problemlərin aradan qaldırılması, bu məqsədlə viza rejiminin asanlaşdırılması, məhsul, xidmət, kapital mubadiləsinin artırılması üçün AB mexanizmlərindən istifadə edilməsi, enerji məsələlərində problemləri olan dövlətlərlə birbaşa maliyyə və investisiya dəstəyinin artırılması kimi məsələlərin birgə və tezliklə həlli zəruriyyətindən bəhs ediblər.

Qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatının üzvləri arasında adambaşına düşən illik gəlirin 95 min dollar olan olkələrlə yanaşı illik gəlirin cəmi 150 dollar olması islam qardaşlığı, qarşılıqlı yardım prinsiplərinə qətiyyən uyğun deyil. Zəngin müsəlman ölkələri ilk növbədə öz müsəlman qardaş dövlətlərinə maddi, investisiya və s. dəstək göstərsə təbii ki, bu problemlər qismən həllini tapa bilər. Toplantının gedişində Türkiye Odalar ve Borsalar Birliyi və Azərbaycan Sahibkarlar Konfederasiyası arasında Azərbaycan-Türkiyə İşçi Komitəsinin yaradılması haqqında əməkdaşlıq müqaviləsinin imzalanması diqqətə layiqdir. Bu müqavilənin imzalanmasında əsas məqsəd ölkələrarası ticarət, sənayə, texnoloji əlaqələrinin inkişafı, birgə investisiya forumlarının, sərgi və dəyirmi masaların, biznes səfərlərin keçirilməsi, ikitərəfli biznes məlumatlarının mübadiləsi, qarşılıqlı sərfəli layihələrin birgə icrası və s. zəruri məsələlərin həllini özündə cəmləşdirir.

Həmçinin ASK–nın prezidenti Türkiyə ilə yanaşı, Qazaxistan, Qirğizistan, Bahreyn, Cibuti, Uqanda, Fələstin və s. dövlətlərin ticarət-sənaye palatalarinin rəhbərləri, rəsmi şəxslərlə də görüşlər keçirmiş, gələcək birgə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Toplantının sonunda ITSKTP-nin üzv qrumlarının rəhbərləri tərəfindən müzakirə edilən məsələlər üzrə birgə bəyanat qəbul edilib.

Bu mühüm tədbir yuxarıda adları çəkilən dövlətlər arasında səmərəli işgüzar əlaqələrin daha da möhkəm və intensiz olacağına dərin inam hissi yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə