2014-cü il üzrə maliyyə hesabatlarının auditinin təşkili məqsədi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun həyata keçirdiyi satınalma proseduru sona çatıb. SİA-nın xəbərinə görə, "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən reallaşan prosedurda "PraysvoterhausKupers Audit Azərbaycan" audit şirkəti kotirovka sorğusunun qalibi seçilib. Beləliklə, Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditi
"PraysvoterhausKupers Audit Azərbaycan" şirkəti tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, artıq 6 ildir İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditi beynəlxalq audit şirkətləri tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB