E-xidmətlərinə ən çox müraciət olunan dövlət qurumları Statistika
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi oktyabr ayı ərzində "Elektron hökumət" portalı üzərindən göstərilən elektron xidmətlərdən istifadə statistikasına əsasən ən çox müraciət olunan 5 dövlət qurumunu müəyyənləşdirib. SİA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, ötən ay e-xidmətlərindən istifadə sayına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilk yeri tutur. Nazirliyin 6 xidməti ən aktual xidmətlər sırasında olub. Həmin xidmətlərdən ümumilikdə 302191 dəfə istifadə olunub.
Elektron xidmətlərindən ən çox istifadə edilən 5 qurum sırasında ikinci mövqedə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dayanır. RYTN-in xidmətlərindən 137019 dəfə istifadə qeydə alınıb. "Telefon nömrəsi üzrə axtarış", "Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi" və "Mobil cihazların IMEI kodunun yoxlanılması və qeydiyyata alınması" xidmətləri ən çox istifadə olunanlar sırasında yer alır.
Siyahıda 3-cü olan Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi "Sığortaolunanın onlayn uçota alınması", "Sığortaolunanlara məlumatın verilməsi", "Sığortaedənin uçot nömrəsinin öyrənilməsi" xidmətləri ilə yanaşı, 17 elektron xidməti aktual istifadə olunanlar sırasındadır. Xidmətlərə 65131 dəfə müraciət olunub.
4-cü mövqedə dayanan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 39 xidməti üzrə 7188 dəfə istifadə qeydə alınıb.
Beşinci yerdə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya qərarlaşıb. Komissiyanın 6 xidmətindən 5774 dəfə istifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB