“Darvin bankası” yatağında yeni quyu qazılır

“Darvin bankası” yatağında yeni quyu qazılır

"Darvin bankası" yatağındakı 740 nömrəli platformadan 741 nömrəli quyuda qazma işlərinə başlanılıb. SİA-nın ARDNŞ-ın saytına istinadən verdiyi xəbərə görə, "Abşeronneft" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1220 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil olunacağı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə