Əli Əlirzayev: “Biznes strukturları öz dillərində yazılar dərc edə bilər” Açıqlama

Əli Əlirzayev: “Biznes strukturları öz dillərində yazılar dərc edə bilər” Açıqlama

"Biznes strukturlarının ofislərinin önündə öz dillərində yazıları dərc edilə bilər. Bu qanunla tənzimlənir. Məmləkət bizimdir, ona görə də Azərbaycan adlarına uyğun olaraq yazılmalıdır. Bundan başqa öz dillərində də yaza bilərlər". Bu sözləri bəzi xarici biznes strukturlarının ofisləri önünə öz ölkələrinin dillərində yazı dərc etməsi məsələsi ilə bağlı olaraq SİA-ya açıqlama verən iqtisadçı - ekspert Əli Əlirzayev deyib.

O, ilk növbədə Azərbaycan dilində yazının dərc edilməli olduğunu vurğulayıb: "Mütləq birinci yerdə yazı Azərbaycan dilində getməlidir, ondan sonra ikinci yerdə öz dillərində, yaxud da ingilis dilində və ya rus dillərində yazıla bilər. Bunun bir fərqi yoxdur, amma birinci Azərbaycan dilində getməlidir".

Bununla bağlı qanunun olduğunu deyən ekspert, hətta əmtəə nişanlarının da rəsmi qaydada tənzimləndiyini vurğulayıb: "Bununla bağlı qanun var. Şərti işarələr, adlar haqqında qanun mövcuddur. Hətta ticarət əmtəələrinin əşyalarının nişanları haqqında qanun var. Bu qanuna uyğun olaraq hər bir əmtəənnin özünün Azərbaycan dilində variantı olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə