“Azəri-Çıraq-Günəşli” yatağından gündə 655,7 barrel neft hasil edilib

“Azəri-Çıraq-Günəşli” yatağından gündə 655,7 barrel neft hasil edilib

Cari ilin ilk doqquz ayında "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağındakı Çıraq, Qərbi və Şərqi Azəri, Dərinsulu Günəşli, Mərkəzi Azəri və Qərbi Çıraq platformalarından gündəlik orta hesabla 655 min 700 barrel, yəni 24,2 milyon ton neft hasil olunub. Bu barədə jurnalistlərə bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell məlumat verib.

Q.Birrell bildirib ki, hesabat dövründə AÇG-də ümumilikdə 77 neft hasilat və 36 injektor quyusu istismarda olub. Yanvar-sentyabr aylarında AÇG layihəsinə təqribən 794 milyon dollar əməliyyat, 1 milyard 741 milyon dollar əsaslı məsrəflər xərclənib.

Bütün xəbərlər Facebook səhifəmizdə