Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişi təsdiq edib. SİA-nın xəbərinə görə, Prezident qərara alıb ki, "Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" 2014-cü il mayın 12-də Rabat şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Prezident, həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişi təsdiq edib.
Prezident qərara alıb ki, "Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" 2014-cü il iyunun 10-da Montevideo şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB