ARDNŞ Ukraynada yanacaqdoldurma məntəqələrinin sayını 40-a çatdırdı

ARDNŞ Ukraynada yanacaqdoldurma məntəqələrinin sayını 40-a çatdırdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynada premium-klass tipli yanacaqdoldurma şəbəkəsini genişləndirməkdədir. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, Kiyev vilayətinin Obuxov şəhərində yolun paytaxta gedən istiqamətində sayca 40-cı "SOCAR" YDM-i açılıb.

Burada alıcılara Polşa, Litva və Belarusun qabaqcıl emal zavodlarında istehsal olunmuş "Avro-5" standartına cavab verən neft məhsulları - A-92, A-95, A-95 "Nano" benzinləri və "Nano" dizel yanacağı təklif edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə