Musa Quliyev: “Azərbaycanda sığorta bazarı son 15 ildə inkişaf etməyə başladı”
"Azərbaycanda sığorta bazarı müstəqillik əldə olunandan sonra inkişaf etməyə başlayıb. 90-cı illərdə hökm sürən iqtisadi böhran, dövlət quruculuğu proseslərinin yeni başlaması, islahatların aparılması sığorta bazarının inkişafına imkan vermirdi. Son 15 ildə bu sahə inkişaf etməyə başladı. Artıq bununla bağlı hüquqi baza da yaradılıb". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Millət vəkili bildirib ki, sığorta bazarının stajının az olması, bu sahədə maarifləndirmə və reklam işinin yaxşı qurulmaması insanların sığorta şirkətlərinə inamın az olmasına səbəb olur: "Zaman keçdikcə insanlar sığorta şirkətlərinin xidmətlərindən yararlanacaqlar. Bunun üçün sadəcə, müəyyən müddət lazımdır ki, bu sahənin inkişafında bəzi addımlar atılsın. Artıq Azərbaycanda icbari sığortanın bir neçə növü tətbiq olunur. Daha çox nəqliyyat vasitələri, daşınmaz əmlak, turistlik səfərlərinə gedən insanlar, işə götürənlər və hərbiçilər üçün icbarı sığortalar tətbiq olunur. Hesab edirəm ki, ölkədə icbari sığorta geniş fəaliyyətə başlayandan sonra insanlar sığortanın nə qədər faydalı olduğunu biləcəklər və xidmətlərindən daha geniş istifadə edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB