Rabitə xidmətləri üzrə güzəştli kampaniyalar keçiriləcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) müvafiq strukturlara rabitə xidmətləri üzrə güzəştli kampaniyaların keçirilməsi ilə bağlı mütəmadi olaraq tapşırıqlar verir. SİA-nın xəbərinə görə, növbəti dəfə noyabr-dekabr aylarında əhaliyə təqdim olunan rabitə xidmətləri üzrə güzəşt kampaniyalarının təşkil olunması nəzərdə tutulur.
Bu, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tərəfindən təsdiqlənən rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramının keçirilməsi və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 133 illiyi ilə əlaqədar Tədbirlər Planında əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB