Ruslan Atakişiyev: “Azərbaycanda rəqabətin formalaşmasına imkan yaranacaq”

Ruslan Atakişiyev: “Azərbaycanda rəqabətin formalaşmasına imkan yaranacaq”

"Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul olunması bir neçə istiqamətdə əhəmiyyətlidir. Bu məcəllə ilə Azərbaycanda bazar mexanizmi sayılan rəqabətin formalaşmasına imkan yaranacaq". Bunu SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyib.

O bildirib ki, bu rəqabət Azərbaycanın daxili bazarında istər yerli sahibkarlıq müəssisələrinin, istərsə də xarici diller subyektlərinin ölkə bazarına sərbəst şəkildə daxil olmaq, bazarın hədəfləri əsasında öz məhsullarını təklif etmək və sərbəst qiymət siyasətini aparmaq imkanlarını formalaşdıracaq: "Rəqabət Məcəlləsi ilə haqsız rəqabət şəraitində fəaliyyət göstərməyə cəhd edən, bazarda inhisarçı mövqeyi formalaşdıran şirkətlərin fəaliyyətləri məhdudlaşdırılacaq. Həmçinin daxili bazarda məhsulların çeşidinin artmasına, əhalinin ucuz və keyfiyyətli məhsulla təmin olunmasına imkan yaranacaq".

İqtisadçı qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul olunması təsilin, insan kapitalının inkişafına da təsir edəcək: " Buna görə də rəqabətin bütün sahələrə sirayət etməsi nəticəsində artıq diller subyektləri rəqabət şəraitində daha ixtisaslı kadrlara ehtiyac duyacaq. Bu da ixtisaslı kadrlar formalaşdıran ali, orta təhsil ocaqlarında, peşə məktəblərində təhsilin keyfiyyətini daha da inkişaf etdirəcək".

Ruslan Atakişiyev əlavə edib ki, hazırda Azərbaycan Ümumdünya Ticarət təşkilatına daxil olmaq ərəfəsindədir. Rəqabət Məcəlləsinin qəbul olunması da ölkənin belə beynəlxalq ticarət təşkilatlarına daxil olması istiqamətində atılacaq böyük addımlardan biri olacaq.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə