“Pirallahi dəniz” yatağında yeni quyular istismara verildi

“Pirallahi dəniz” yatağında yeni quyular istismara verildi

"Pirallahi dəniz" yatağında 1136 və 1140 nömrəli quyular qazmadan sonra istismara verilib. SİA-nın ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər biri sutkalıq 5 ton neft hasilatı ilə işləyir.

Qeyd edək ki, quyular "Abşeronneft" NQÇİ-nin sifarişi ilə qazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə