Bu il iyulun 1-nə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 4 milyard 987,9 milyon manat, onun ümumi daxili məhsula olan nisbəti 8,5 faizdir. Maliyyə Nazirliyindən bildiriblər, borc vəsaitlərinin 7,7 faizi 10 ilə qədər, 62 faizi 10 ildən 20 ilə qədər, 30,3 faizi isə 20 ildən artıq müddətə cəlb olunub. Bu dövrdə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibində ABŞ dolları (60,6 faiz) və avro (24,3 faiz) üstünlük təşkil edir.
Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi sahələrinə sərf olunub.
Həmçinin bu ilin martında ölkə tarixində ilk dəfə olaraq beynəlxalq valyuta bazarlarında uğurla yerləşdirilmiş xarici valyuta nominallı dövlət qiymətli kağızları vasitəsilə 1 milyard 250 milyon ABŞ dolları vəsait cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB