Respublika üzrə 54 285 vergi ödəyicisi qeydiyyata alınıb

2014-cü ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4,8 milyard manat təşkil edib. Nazirliyin Analitik-informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, bu məbləğin 33,9 faizi mənfəət vergisinin, 27,3 faizi əlavə dəyər vergisinin, 12,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,7 faizi aksizlərin, 15,2 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2,77 milyard manat (daxilolmaların ümumi həcminin 57,7 faizi) daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz çoxdur.

Nazirlik üçün 2014-cü il üzrə vergi ayırmaları üçün proqnoz 7,1 milyard manat həcmində müəyyən edilib.

Yanvar-avqust aylarında respublika üzrə 54 285 vergi ödəyicisi qeydiyyata alınıb. 1 sentyabr 2014-cü il tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 585 584-ə çatıb.

2014-cü ilin yanvar-avqust ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,8 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...