Ruslan Atakişiyev: “Bu tədbirlər regionlardan əhalinin şəhərə axınının qarşısını almış olur” AÇIQLAMA
"Hal-hazırda regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının üçüncü mərhələsi həyata keçirilir. 2014-2018-ci illəri əhatə edəcək bu proqram daha çox regionlarda sənayeləşmə, sahibkarlıq subyektlərinin inkişafının daha da təkminləşdirilməsi ilə xarakterizə olunur". Bunu SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyib.
Onun sözlərinə görə, bu proqramın üçüncü dövrü əvvəlki proqramlarda həyata keçirilmiş işləri davam etdirməklə yanaşı yeni hədəflərə doğru konkret işlərin həyata keçirilməsinə də yönəlib: "Əvvəlki dövlət proqramlarına nəzər salsaq deyə bilərik ki, birinci dövlət proqramı daha çox regionların sosial-iqtisadi inkişafında ilkin infrastrukturun bərpasına hədəflənmişdi. İkinci dövlət proqramı kənd təsərrüfatının inkişafı, regionlarda müasir bazar iqtisadiyyatı subyektlərinin ilkin formalaşması mərhələsinə yönəlmişdi. Əvvəlki dövlət proqramlarının icrası nəticəsində regionlarda ilkin infrastuktur formalaşdırılıb. Qaz təchizatı olmayan rayonlarda qazlaşdırılma işləri həyata keçirilib, elektrik xətlərinin bərpası və su təchizatı məsələləri ilə bağlı bir sıra işlər görülüb. Üçüncü dövr proqramda isə regionlarda iri şəhərlərin sənaye mərkəzlərinə çevrilməsi məsələsi daha çox xarakterik xüsusiyyət daşıyır. Dövlət proqramının bu dövründə ixraca yönəlmiş sahələrin inkişaf etdirilməsi, istehsal subyektlərinin təşkili məsələsi də öz əksini tapmaqdadır".
İqtisadçı həmçinin bildirib ki, regionlarda sosial-iqtisadi inkişafla bağlı tədbirlərin aparılması həmçinin regionlardan əhalinin şəhərə axınının qarşısını almış olur: "Üçüncü dövr dövlət proqramının daha bir xarakterik xüsusiyyəti əvvəlki dövlət proqramlarında regionlarda açılan obyektlərdə, təşkil olunan istehsal müəssisələrində kadr potensialının önə çəkilməsidir. Regionlarla şəhər arasında qeyri-bərabər inkişafın aradan qaldırılıb paralel inkişafın təmin edilməsi, istehsal olunmuş məhsulun həm yaxın bazarlara, həm də xaricə ixracı ilə bağlı dövlət tərəfindən təşkilati işlərin görülməsi, sahibkarlıq subyektlərinin özündə müasir marketinq üsullarını əks etdirməsi bu proqramın qarşısında duran əsas addımlardandır".
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB