Azərbaycan MDB və digər geniş regionlarda liderliyini qoruyub

Azərbaycan MDB və digər geniş regionlarda liderliyini qoruyub

"Azərbaycanda İnternetin sürətində göstəricilər pis deyil. Bu yaxınlarda Ümumdünya İqtisadi Forumunun Qlobal İnformasiya Texnologiyaları hesabatı açıqlanıb. Hesabatda Azərbaycan əsas göstəricilər üzrə MDB və digər geniş regionlarda liderlik yerini qoruyub". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bu gün internetin qiymətləri demək olar ki, regionda olan digər qiymətlərlə eynilik təşkil edir: "Bəzi yerlərdə müəyyən fəqlər var. Bu da Azərbaycanda alıcılıq qabiliyyəti və internetə olan tələbatın çox yüksək olması ilə əlaqədardır. Bütün tələbləri qarşılamaq üçün yaxın zamanlarda neft fondu ilə bizim birgə həyata keçirdiyimiz geniş zolaqlı optik internet infastruktur layihəsi start götürəcək və bu istiqamətdə vəziyyət daha da yaxşılaşacaq".

NAXTEL-in özəlləşdirilməsi ilə bağlı sualı da cavablandıran nazir bildirib ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qərarı ilə NAXTEL operatoru NMR-in ərazisində 4G xidmətinin verilməsi üçün lisenziya alıb: "NAXTEL artıq 5 ilə yaxındır ki, NMR-də qanuni yolla mobil xidmətlər göstərir. İndi isə yeni texnologiyaya keçmək istəyir. O cümlədən də hər üç operatorun bütün Azərbaycan ərazisində bu xidmətləri göstərmək hüquqları var. Ona görə də Naxçıvanda da fəaliyyət göstərmək istəyən operatorların fəaliyyəti qaydalar çərçivəsində tənzimlənəcək".

Bütün bunlarla yanaşı, nazir qeyd edib ki, yaxın vaxtlarda bütün mobil operatorların rominq problemləri də həll olunacaq.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə