"AtaBank" "Caucasian Motofest" beynəlxalq festivalının rəsmi sponsoru oldu

29-31 avqust 2014-cü il tarixində, Şəki şəhərində, Qafqazda ilk dəfə dünyanın bir çox ölkələrindən qatılan baykerlərin iştirak etdiyi Moto Festival keçirilib. SİA-ya verilən məlumata görə, bütün festival ərzində "AtaBank" ASC-nin səyyar bankomatı olan "AtaMatik", Şəkinin tarixi memarlıq abidəsi olan Aşağı Karvansarayın qarşısında dayanaraq iştirakçılara, azarkeşlərə, nümayəndələrə və bütün qonaqlara müxtəlif növ bank əməliyyatlarından istifadə etmək imkanı yaradıb. "AtaMatik" səyyar bankomatının göstərdiyi xidmət sayəsində hər bir kəs plastik kart vasitəsi ilə nağd pul çıxara,habelə nağdsız ödənişlər və əməliyyatlar apara bilıb. Öz müştərilərinə daim innovativ texnoloji imkanlar təqdim edən "AtaBank" ASC-nin İdarə Heyətinin üzvü - İcraçı Direktor Elnur Osmanov bildirib ki, Moto Festivalda dünyanın bir çox ölkələrindən baykerlər iştirak edib: "İştirakçılara, məhz "AtaBank"ın xidmət göstərməsi ilə qürur duyuruq".

Xatırladaq ki, Moto Festivalda ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, Xorvatiya, İran və s. ölkələrdən baykerlər iştirak edib.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı, universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmət spektrini təqdim edir.

Bütün xəbərlər Facebook səhifəmizdə