“bp-Azerbaijan”da çalışan ixtisaslı işçilərin 90 faizini milli kadrlar təşkil edəcək

“bp-Azerbaijan”da çalışan ixtisaslı işçilərin 90 faizini milli kadrlar təşkil edəcək

2018-ci ilin sonunadək "bp-Azerbaijan" şirkətində çalışan ixtisaslı işçilərin 90 faizini milli kadrlar təşkil edəcək. "bp-Azerbaijan" şirkətindən Şirkət tərəfindən 2014/2018-ci illər üçün beşillik milliləşdirmə planı hazırlanıb. Plana əsasən 2018-ci ilin sonunda şirkətdəki ixtisaslı işçilərin 90 faizini milli kadrlar təşkil etməlidir. Bu isə o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə əcnəbiləri yerli kadrlar əvəzləyəcək.

İşçilərin milliləşdirilməsi planına, həmçinin bp-nin təlim və inkişaf proqramlarının optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı və şirkətdaxili prosesi gücləndirmək məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak da daxildir. Hazırda şirkətdə ixtisas tələb etməyən işlərdə çalışanların hamısı Azərbaycan vətəndaşlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə