Neft ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,47 dollar ucuzlaşaraq 1 barelə görə 96,88 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,64 dollar azalaraq 102,89 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə